USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Kürdəmirdə baş verən qəzada yaralananların adları məlum olub - YENİLƏNİB

Bu gün, 15:49
0
Kürdəmirdə baş verən qəzada yaralananların adları məlum olub - YENİLƏNİB
Kürdəmirdə baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub. APA -nın yerli bürosu xəbər verir ki, bunlar avtomobildə olan sərnişinlər Bakı şəhər sakinləri- 1980-ci il təvəllüdlü Novruzova Südabə Müzakir qızı və 1983-cü il təvəllüdlü Novruzova Natavan Vaqif qızıdır. Bir nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım edilərək evə buraxılıb. *** 12:10 Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var. APA - nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İbrahim Novruzovun idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan 3 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda

Kürdəmirdə baş verən qəzada yaralananların adları məlum olub - YENİLƏNİB — Rock.News