Raul Asensio “Real Madrid”dən ayrılır: “Beşiktaş” maraqlanır
Dünən, 19:02
8

“Real Madrid”in müdafiəçisi Raul Asensio qış transfer pəncərəsində komandanı tərk edə bilər. Türkiyənin “Beşiktaş” klubu ispan oyunçu ilə yaxından maraqlanır.
Rock.News xəbər verir ki, “Fichajes” nəşrinin məlumatına görə, İstanbul klubu 22 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. Raul Asensio bu mövsüm “Real”ın heyətində 17 rəsmi oyunda iştirak edib.
#futbol#transfer#Beşiktaş#Real Madrid



