Hindistan Rusiya neftinin idxalını son üç ildə ən aşağı səviyyəyə endirir
Dünən, 23:36
25

Hindistan dekabr ayında Rusiya neftinin idxalını son üç ilin ən aşağı səviyyəsinə - sutkada təxminən 1,1 milyon barelə qədər azaltmağı planlaşdırır.
Rock.News xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" şirkətinə istinadən məlumat yayıb. Azalmaya əsas səbəb Hindistanın ən iri alıcılarından biri olan "Reliance Industries Ltd." şirkətinin Rusiya neftinin alışını müvəqqəti dayandırmasıdır. Noyabr ayında idxal həcmi sutkada təxminən 1,8 milyon barel səviyyəsində qiymətləndirilirdi. Dekabrın ikinci həftəsində Rusiyadan Hindistana tədarük sutkada 712 min barelə qədər azalıb, bundan sonra isə cüzi artım qeydə alınıb.
#neft#idxal#Hindistan#Rusiya



