Ucarda dəhşətli yol qəzası: Piyada həlak oldu, sürücü saxlanıldı
Dünən, 20:34
35

Ucar rayonunda baş verən yol qəzasında bir nəfər həyatını itirib.
Rock.News xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Araz Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Zili Verdiyevanı vurub. Zili Verdiyeva hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
#yol qəzası#ölüm#Ucar



