USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Sumqayıtda yanğınsöndürənlər gənclərə peşələrini nümayiş etdirdilər

22 dek, 18:02
13
Sumqayıtda yanğınsöndürənlər gənclərə peşələrini nümayiş etdirdilər

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda “açıq qapı günü” tədbiri keçirərək, gənclərə yanğınsöndürmə texnikası və təhlükəsizlik qaydaları haqqında məlumat verdi.

Rock.News xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə baş tutan tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak edib. Məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılığı artırmaq olub. Tədbirdə yanğınsöndürənlərin gündəlik iş rejimi nümayiş etdirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah olunub və uşaqlar yanğınsöndürmə texnikası ilə tanış olublar.

#Sumqayıt#FHN#Yanğın təhlükəsizliyi#Tədbir

Bu mövzuda