USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Suriya: Hələbdə SDQ qüvvələri yaşayış məntəqələrini atəşə tutdu, ölənlər var

22 dek, 23:25
12
Suriya: Hələbdə SDQ qüvvələri yaşayış məntəqələrini atəşə tutdu, ölənlər var

Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində yerləşən üzvləri mülki əhaliyə hücum edib. Hücum nəticəsində iki nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Bölgədə ciddi maddi ziyanın olduğu bildirilir. Həmçinin, SDQ silahlılarının Suriya təhlükəsizlik qüvvələrini də hədəf aldığı deyilir.

Rock.News xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri SDQ hücumlarına cavab verib. Suriya Ordusu bölgəyə zirehli texnika cəlb edib. Hələbin şimalında SDQ ilə Suriya keçid hökumətinin qüvvələri arasında baş verən toqquşmalar nəticəsində on nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, SDQ üzvləri atəşkəsi pozaraq Liramun və Şeyxin bölgələri yaxınlığındakı hökumət mövqelərinə hücum ediblər. Hadisə nəticəsində iki təhlükəsizlik işçisi və üç mülki müdafiə qüvvələri əməkdaşı xəsarət alıb.

#Suriya#Hərbi#Terror#Toqquşma

Bu mövzuda

Suriya: Hələbdə SDQ qüvvələri yaşayış məntəqələrini atəşə tutdu, ölənlər var — Rock.News