Gürcüstan sərhədlərində yeni qayda: Tibbi sığorta tələbi qüvvəyə minir
Bu gün, 10:36
9

Sabahdan etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta tələb olunacaq. Bu, ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmaq deməkdir.
Rock.News xəbər verir ki, Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarı 1 yanvar 2026-cı il tarixində qüvvəyə minir. Qaydalar turizm, işgüzar və ya tranzit məqsədilə Gürcüstana daxil olan bütün xarici vətəndaşlara şamil olunur. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi təşkil etməlidir. Sənəd gürcü və ya ingilis dilində tərtib edilməlidir.
#Gürcüstan#sərhəd#sığorta#turizm



