Türkiyədə zəlzələlər artıb: 3 ölüm, yüzlərlə yaralı
Bu gün, 09:34
10

2025-ci ildə Türkiyədə 53 mindən çox zəlzələ baş verib, bu da 2023-cü ildən sonra ən yüksək göstəricidir. Zəlzələlər nəticəsində 3 nəfər həyatını itirib, 594 nəfər yaralanıb.
Rock.News xəbər verir ki, NTV telekanalının məlumatına görə, bu il 437 zəlzələnin maqnitudası 4-dən yüksək olub. Orta hesabla hər gün maqnitudası 4-dən böyük bir zəlzələ, 15 gündə maqnitudası 5-dən böyük, 73 gündə isə maqnitudası 6-dan böyük bir zəlzələ qeydə alınıb.
#zəlzələ#Türkiyə#fəlakət



