USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Kobaxidze Rusiyaya Xəbərdarlıq Etdi: "Qırmızı Xətlər" Mövcuddur!

22 dek, 23:25
11
Kobaxidze Rusiyaya Xəbərdarlıq Etdi: "Qırmızı Xətlər" Mövcuddur!

Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiyaya münasibətdə ölkəsinin siyasətinin aydın olduğunu və işğal məsələsində “qırmızı xətlərinin” olduğunu bəyan edib. Baş nazir, ticari-iqtisadi əlaqələrin davam etdirildiyini, lakin ərazilərin işğalı davam etdikcə diplomatik münasibətlərin bərpasının mümkünsüz olduğunu vurğulayıb.

Rock.News xəbər verir ki, İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində Gürcüstanın ərazilərinin 20 faizinin, yəni iki tarixi bölgəsinin işğal altında qaldığını xatırladıb. Onun sözlərinə görə, Gürcüstan münaqişəni sülh yolu ilə həll etməyə çalışır, lakin bu yolda bir çox çətinliklər mövcuddur.

#Gürcüstan#Rusiya#Siyasət#İşğal

Bu mövzuda

Kobaxidze Rusiyaya Xəbərdarlıq Etdi: "Qırmızı Xətlər" Mövcuddur! — Rock.News