USD1.70
EUR2.00
RUB2.1715
BTC87756.00
USDT1.00
TON1.61
Canlı

Sumı vilayətində Rusiya əsgərləri kəndi ələ keçirdi: Sakinlər Rusiyaya aparıldı!

21 dek, 13:58
18
Sumı vilayətində Rusiya əsgərləri kəndi ələ keçirdi: Sakinlər Rusiyaya aparıldı!

Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində Qrabovsk kəndinin Rusiya Ordusunun nəzarətinə keçdiyini təsdiqləyib. Sərhədyanı ərazilərdə yaşayan sakinlərin təxliyəsi davam edir. Rusiya qüvvələri Qrabovsk kəndindən 50-dən çox sakini Rusiyaya aparıb, onların əksəriyyəti yaşlılardır.

Rock.News xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində, sərhəddə yerləşən Qrabovsk kəndi yaxınlığında dövlət sərhədini keçib. Hücum nəticəsində Ukrayna Müdafiə Qüvvələri Qrabovske rayonu ətrafında bir neçə mövqedən geri çəkilib. Hazırda həmin ərazidə vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ukrayna hüquq-mühafizə orqanları mülki şəxslərin məcburi deportasiyası faktı üzrə araşdırmalara başlayıb.

Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, sərhədyanı kəndlərin sakinlərinin evakuasiyası yeganə düzgün seçimdir. Dekabrın 20-də Rusiya Ordusunun Krasnopolsk rayonunun sərhəddə yerləşən Qrabovsk kəndini nəzarətə götürməsindən sonra 50-yə yaxın yerli sakinin Rusiyaya aparıldığı barədə xəbərlər yayılıb.

#Ukrayna#Rusiya#Müharibə#Evakuasiya

Bu mövzuda