Krımda ŞOK: Ukrayna Belbekdə 2 Rus Su-27-ni Vurdu!

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krımdakı Belbek aerodromunda Rusiyaya məxsus iki ədəd Su-27 qırıcı təyyarəsinin vurulduğunu açıqlayıb. Təyyarələrdən birinin tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olduğu bildirilir.
Rock.News xəbər verir ki, UTX-nin məlumatına görə, hər iki təyyarənin ümumi dəyəri təxminən 70 milyon dollardır. Bundan əlavə, aerodromdakı dispetçer qülləsinə də ziyan dəyib ki, bu da uçuşların təşkilini və idarə olunmasını xeyli çətinləşdirə bilər. UTX son günlərdə Belbek aerodromuna edilən bu, ikinci uğurlu hücum olduğunu vurğulayır. Dekabrın 18-də UTX dronları həmin aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv etmişdi. Həmin avadanlıqlar arasında iki ədəd Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi də var idi.



