Çin Ordusu 100+ Ballistik Raketi Şimalda Yerləşdirdi: Pentaqon Narahat

Çin ordusu ölkənin şimal bölgəsində 100-dən çox qitələrarası ballistik raket yerləşdirib. Bu addım, Pentaqonun son hesabatına əsasən, bölgədə gərginliyi artıra bilər.
Rock.News xəbər verir ki, “Reuters” agentliyi Pentaqonun layihə hesabatına istinadən məlumatı yayıb. Bildirilir ki, yerləşdirilən raketlər DF-31 (Dongfeng-31) bərk yanacaqlı QBR-lərdir və Daxili Monqolustan muxtar bölgəsindəki zonada yerləşdirilib. Pentaqon əvvəllər Çində yeni QBR yerləşdirmə zonalarının inşası barədə məlumat vermişdi, lakin raketlərin sayı barədə təxminləri açıqlamamışdı. Hesabatda bu QBR-lərin hansı potensial düşmənə qarşı yerləşdirilə biləcəyi göstərilmir. Qeyd olunur ki, 2024-cü ildə Çinin arsenalında 600-dən bir qədər çox nüvə başlığı var idi və Çin 2030-cu ilə qədər bu rəqəmi 1000-dən çox döyüş başlığına qədər artıra bilər.



