ANAMA: İşğal altında olan ərazilərdə 1299 hektar mina və PHS-lərdən təmizləndi
22 dek, 14:20
9

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə son məlumatları açıqlayıb. 2025-ci ilin dekabr ayının 15-dən 21-dək olan həftə ərzində Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında genişmiqyaslı təmizləmə işləri aparılıb.
Rock.News xəbər verir ki, ANAMA-nın yaydığı məlumata əsasən, bu ərazilərdə 145 piyada əleyhinə mina, 46 tank əleyhinə mina və 525 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə, 1299 hektar ərazi mina və PHS-lərdən təmizlənib, bu da ərazilərin bərpası və insanların təhlükəsizliyi üçün mühüm addımdır.
#ANAMA#Minatəmizləmə#İşğaldan azad edilmiş ərazilər#Təhlükəsizlik



