Rus Ordusu Xarkovu Raketlə Vurdu: On Altı Nəfər Yaralandı
Bu gün, 17:59
0

Rusiya ordusu Xarkov şəhərinə raket zərbəsi endirib, nəticədə on altı nəfər yaralanıb.
Rock.News xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib. O bildirib ki, hazırda əlaqədar qurumlar ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirir. Xarkovun meri İqor Terexov isə bildirib ki, raket hücumu yaşayış binasını hədəfə alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.



