Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilib
Bu gün, 10:34
0

Bu gündən fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilib.
Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.
Bu mövzuda

Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır

Bu gün Azərbaycanın bəzi rayonlarında intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Qeyri-neft-qaz sektorunda 2500 manatdan çox əməkhaqqı alanlar üçün icbari tibbi sığorta haqqı dəyişib
