TƏBİB-in nəzdindəki tibb müəssisəsində ilin ilk körpəsi Şamaxıda doğulub - YENİLƏNİB
Bu gün, 11:46
0

TƏBİB-in nəzdindəki tibb müəssisəsində 2026-cı ilin ilk körpəsi dünyaya gəlib. APA xəbər verir ki, 01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.
Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.
*** 01:22 2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib. Naxçıvan Perinatal Mərkəzindən APA -nın yerli bürosuna verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib. 2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır. Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.
Bu mövzuda

Mülkiyyətindəki torpaqlarda çalışanlar üçün yeni sosial sığorta haqları müəyyənləşib

Amsterdamdə kilsənin 150 illik binası yanaraq məhv olub

Bu ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq
