Leyla və Arzu Əliyeva Qocalar Evində Bayram Tədbirində İştirak Etdilər
Bu gün, 23:14
0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində təşkil olunan bayram şənliyində iştirak ediblər.
Rock.News xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbirdə bədii hissə də təqdim olunub, ahıl şəxslərə hədiyyələr paylanılıb.



