USD1.70
EUR2.00
RUB2.1715
BTC88715.00
USDT1.00
TON1.63
Canlı

Lənkəranda evdə yanğın olub - VİDEO

2 yan, 00:35
0
Lənkəranda evdə yanğın olub - VİDEO
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. APA -nın cənub bürosunun verdiyi xəbərə görə yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb. İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bu mövzuda