Qızılın qiyməti bahalaşdı: Fyuçerslər rekord vurur!
22 dek, 09:25
7

Əmtəə bazarlarında qızılın qiyməti sürətlə artmaqdadır. Bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiymətində ciddi bahalaşma müşahidə olunur, bu da investorların diqqətini cəlb edir.
Rock.News xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti 0.99% artaraq 4430.80 ABŞ dollarına yüksəlib. Eyni zamanda, gümüşün 2026-cı ilin mart ayı fyuçersləri də 3.02% bahalaşaraq bir unsiyası 69.43 ABŞ dollarına çatıb.
#qızıl#fyuçers#qiymət#COMEX



