Dələduzluqda İttiham Olunan Hərbçi Məhkəmə Qarşısına Çıxarılır: 312 Min Manat Mənimsəmə!
Bu gün, 12:35
3

Dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. İttihama görə, Bəşirov vətəndaşların etibarından sui-istifadə edərək 312 min manatdan çox pul ələ keçirib.
Rock.News xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və məhkəmənin baxış iclası 8 yanvara təyin edilib. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
#cinayət#məhkəmə#dələduzluq



