Komitə rəsmisi: Azərbaycan din xadimlərinin dini bilikləri qənaətbəxş deyil!
15 dek, 10:22
2
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş səviyyədə deyil. O, ölkədə dini bilikləri geniş olan din xadimlərinə böyük ehtiyac olduğunu vurğulayıb.
Rock.News xəbər verir ki, G.İsmayılov bu fikirləri “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib. Sədr müavini qeyd edib ki, dini radikalizmlə, xurafatla və məzhəbçiliklə mübarizədə məktəblərin mühüm rolu var, çünki təhsil dünyəvi xarakter daşıyır və dinin mədəniyyət və mənəviyyat tərəfləri də var.


