Netanyahu ABŞ-la Avraam Sazişlərini genişləndirməyi hədəfləyir
Bu gün, 06:22
1

İsrail Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail və ABŞ Avraam sazişlərinin Yaxın Şərqdə və ondan kənarda genişləndirilməsini real və əldəolunan məqsəd kimi görürlər.
Rock.News xəbər verir ki, Netanyahu bu barədə Newsmax telekanalına müsahibəsində bildirib. O, sazişlərin böyük müsəlman ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsinin mümkün olduğuna inandığını vurğulayıb. Netanyahu Yaxın Şərqdə sülh üçün yeni imkanlar yarandığını da qeyd edib.
#İsrail#ABŞ#Avraam Sazişləri#Yaxın Şərq



