USD1.70
EUR2.00
RUB2.1715
BTC88386.00
USDT1.00
TON1.61
Canlı

Gündüz İsmayılov: Din Xadimlərinin Bilik Səviyyəsi Qənaətbəxş Değil!

15 dek, 10:33
1
Gündüz İsmayılov: Din Xadimlərinin Bilik Səviyyəsi Qənaətbəxş Değil!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycandakı din xadimlərinin dini biliklərinin qənaətbəxş olmadığını açıqlayıb. O, ölkədə dini bilikləri geniş olan din xadimlərinə böyük ehtiyac olduğunu vurğulayıb.

Rock.News xəbər verir ki, bu barədə Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. İsmayılov, dini radikalizmlə, xurafatla və məzhəbçiliklə mübarizədə məktəbin mühüm rol oynadığını qeyd edərək, təhsilin dünyəvi xarakter daşıdığını və dinin yalnız şəriətdən ibarət olmadığını, mədəniyyət və mənəviyyat tərəflərinin də olduğunu vurğulayıb. Konfrans Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Bu mövzuda