Bakı Metropoliteni 244 Milyon Manat Kredit Aldı: Şərtlər Açıqlandı
22 dek, 11:59
5

Bakı Metropoliteni QSC bu ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat məbləğində faizsiz kredit əldə edib. Kreditin şərtlərinə əsasən, bu məbləğ ilin sonuna qədər geri qaytarılmalıdır.
Rock.News xəbər verir ki, Bakı Metropoliteni hökumətdən 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün 42,66 milyon manat subsidiya, həmçinin əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat vəsait alıb.
#Bakı Metropoliteni#Kredit#Maliyyə Nazirliyi#Subsidiya



