İxracatçılara XƏBƏRDARLIQ: Müraciətlər yalnız elektron qaydada!
22 dek, 10:06
10

Antiinhisar Agentliyi ixracatçılara müraciət edərək, 2026-cı il yanvarın 1-dən etibarən mənşə sertifikatları üzrə müraciətlərin yalnız Keyfiyyət İnformasiya Sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacağını bildirib.
Rock.News xəbər verir ki, bu məqsədlə avqust ayından etibarən Bakı və regionlarda 300-dən çox ixracatçı ilə maarifləndirici görüşlər keçirilib və nəticədə mənşə sertifikatlarının 83%-i artıq sistem vasitəsilə təmin edilib. Sahibkarların sistemdən istifadə bacarıqlarını artırmaq üçün video təlimat Agentliyin rəsmi "Youtube" kanalında yerləşdirilib. Hal-hazırda müraciətlər həm sistem, həm də İqtisadiyyat Nazirliyinin saytı vasitəsilə qəbul olunur, lakin 2026-dan etibarən yalnız elektron sistemdən istifadə mümkün olacaq.
#ixrac#agentlik#mənşə sertifikatı#sahibkarlar

