USD1.70
EUR2.00
RUB2.1715
BTC87965.00
USDT1.00
TON1.62
Canlı

Benzin və dizel bahalaşdı: Qiymətlərdə artım baş verdi.

Bu gün, 14:39
95

Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti isə 10 qəpik bahalaşıb. Bu artım Tarif Şurasının qərarı ilə həyata keçirilib.

Rock.News xəbər verir ki, son illərdə şəhər əhalisinin artması nəqliyyat sistemlərində yeni problemlər yaradıb. Bu səbəbdən ictimai nəqliyyatın dayanıqlılığını təmin etmək üçün 2025-ci ilin sentyabrında “İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Fondun mənbələrindən biri kimi yanacağın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib. Qanunvericiliyə edilən dəyişikliklə yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib. Nəticədə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manat 10 qəpiyə yüksəlib.

#qiymət#benzin#dizel#tarif

Bu mövzuda