Tramp 48 ölkədən səfirləri geri çağırdı: Səbəb açıqlandı!

ABŞ Prezidenti Donald Tramp administrasiyası Asiya, Afrika, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerika ölkələrindən ümumilikdə 48 səfiri geri çağırmaq barədə qərar qəbul edib. Bu addım, ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərin göstəricisi kimi qiymətləndirilir.
Rock.News xəbər verir ki, bu barədə “The New York Post” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qəzet Dövlət Departamentinin sözçüsünə istinadən bildirib ki, bu, istənilən administrasiya üçün standart bir prosedurdur. Səfir prezidentin şəxsi nümayəndəsi olduğu üçün prezidentin bu ölkələrdə “Hər şeydən əvvəl ABŞ” ideyasını təbliğ edən şəxslərin olmasını təmin etmək səlahiyyəti var. Qeyd olunur ki, Tramp administrasiyası hələ də ABŞ-ın əsas tərəfdaşları olan ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Ukraynada daimi səfir təyin etməyib.



