BƏƏ Yəməndən Bütün Hərbçilərini Çəkdi: Əməliyyat Tamamlandı
Bu gün, 03:53
0

Birləşmiş Ərəb Əmirlikləri Yəmən ərazisindən silahlı qüvvələrinin çıxarılması prosesini yekunlaşdırdığını elan edib.
Rock.News xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, qəbul edilmiş qərara əsasən bütün hərbçilər Yəmən Respublikasından geri qaytarılıb, şəxsi heyətin təhlükəsizliyi təmin edilib və proses müvafiq tərəfdaşlarla koordinasiya şəraitində həyata keçirilib.



