USD1.70
EUR2.00
RUB2.1715
BTC89122.00
USDT1.00
TON1.65
Canlı

ABŞ Suriyada İŞİD-ə zərbə endirdi: Onlarla terrorçu zərərsizləşdirildi

Bu gün, 18:32
3
ABŞ Suriyada İŞİD-ə zərbə endirdi: Onlarla terrorçu zərərsizləşdirildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD mövqelərinə endirilən hava zərbələri nəticəsində təxminən 25 İŞİD silahlısının zərərsizləşdirildiyini və ya həbs edildiyini açıqlayıb.

Rock.News xəbər verir ki, CENTCOM-un “X” hesabında yayımlanan məlumata əsasən, dekabrın 20-29-da keçirilən 11 əməliyyat nəticəsində azı 7 İŞİD terrorçusu öldürülüb, digərləri isə həbs edilib. Həmçinin, terror qruplaşmasına məxsus 4 silah anbarı məhv edilib. Son bir ildə ABŞ və tərəfdaşlarının Suriyada İŞİD-ə qarşı əməliyyatlarında 300-dən çox terrorçu həbs edilib, 20-dən çoxu isə öldürülüb.

#İŞİD#Suriyа#ABŞ#Terrorizm

Bu mövzuda

ABŞ Suriyada İŞİD-ə zərbə endirdi: Onlarla terrorçu zərərsizləşdirildi — Rock.News