Yaponiya süni intellektə 19 milyard dollar yatırır: Milli model hazırlanır!
21 dek, 07:35
9

Yaponiya hökuməti özəl sektorla əməkdaşlıq edərək, milli süni intellekt (Sİ) modelinin inkişafına 3 trilyon yen (təxminən 19 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır. Bu iddialı layihə ölkənin süni intellekt sahəsində qabaqcıl mövqe tutmasına yönəlib.
Rock.News xəbər verir ki, Yaponiyanın aparıcı şirkətlərindən olan “SoftBank” da daxil olmaqla 10-dan çox yerli şirkət bu birgə inkişafda iştirak edəcək. Layihənin maliyyələşdirilməsinin təxminən üçdə birini hökumət öz üzərinə götürəcək, qalan hissəsi isə özəl firmalar tərəfindən investisiya olunacaq. Yaponiyanın bu layihənin inkişafına 2026-cı ildə başlaması gözlənilir.
#süni intellekt#Yaponiya#texnologiya#investisiya



