Cənubi Koreyada telefon nömrələri biometrik yoxlamadan keçəcək: 2026-da qüvvəyə minir!

Cənubi Koreya telefon dələduzluğuna qarşı mübarizəni sərtləşdirir. 2026-cı ildən etibarən ölkədə yeni telefon nömrəsi qeydiyyatı zamanı biometrik yoxlama məcburi olacaq.
Rock.News xəbər verir ki, Cənubi Koreyanın Elm və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən irəli sürülən təşəbbüsə əsasən, LG Uplus, SK Telecom və KT kimi yerli mobil operatorlar, həmçinin virtual operatorlar SIM kart alarkən müştərilərini üz tanıma sistemi vasitəsilə yoxlamağa borclu olacaqlar. Bu zaman pasport tələb olunmağa davam edəcək. Yeni tədbirlər 2025-ci il dekabrın 22-dən etibarən sınaqdan keçiriləcək və 2026-cı ilin martında rəsmi olaraq tətbiq ediləcək. Polis məlumatlarına görə, ölkədə telefon və SMS dələduzlarından ümumi zərər 2025-ci ildə 1,13 trilyon von (760 milyon dollar) təşkil edib. Martın 2025-ci ildə Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi pasporta bərabər tutulan rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqini başa çatdırıb. Bunun üçün də biometrik yoxlamadan istifadə olunur. Ölkə bankları artıq rəqəmsal şəxsiyyət vəsiqəsini qəbul edir.



