Bakı avtobuslarında NFC ödənişləri başladı: Birbank yeniliyi
20 dek, 11:47
25

Bakı şəhərində ictimai nəqliyyatda ödənişlər daha da asanlaşır. Artıq şəhərdaxili marşrut avtobuslarında gediş haqqını istənilən yerli bankın təmassız (NFC) ödənişi dəstəkləyən bank kartları ilə ödəmək mümkün olacaq.
Rock.News xəbər verir ki, Birbank-ın təşəbbüsü ilə həyata keçirilən layihə ilk olaraq 500 nömrəli marşrut xəttində tətbiq edilib və hazırda sınaq mərhələsindədir. Testlərdən sonra təmassız ödənişlər mərhələli şəkildə digər "BakuBus" marşrutlarına da inteqrasiya olunacaq. Bu yenilik bütün bank sektorunu əhatə edir və "Apple Pay", "Google Pay", "Birbank", "BakıKart" və "m10" ödənişlərini dəstəkləyir. Bundan əvvəl Birbank və BakıKart birgə QR ödəniş sistemini də təqdim etmişdi.
#NFC#Birbank#BakıKart#Avtobus#Ödəniş



