Konfrans Liqasında Türkiyə klublarına zərbə: "Samsunspor" uduzdu, "Şaxtyor" heç-heçə etdi
19 dek, 04:56
7

UEFA Konfrans Liqasında son tur oyunları başa çatıb. Türkiyə təmsilçiləri üçün nəticələr ürəkaçan olmayıb. "Samsunspor" Almaniyada "Maynts"a məğlub olub, Arda Turanın çalışdırdığı "Şaxtyor" isə "Riyeka" ilə heç-heçə edib.
Rock.News xəbər verir ki, "Samsunspor" səfərdə "Maynts"a 0:2 hesabı ilə uduzub. "Şaxtyor" isə öz meydanında "Riyeka" ilə qolsuz bərabərə qalıb. Digər oyunlarda "Alkmaar" və "Yagelloniya" da qolsuz heç-heçə edib.
#UEFA Konfrans Liqası#Samsunspor#Şaxtyor#Arda Turan



