Sumqayıtda Paralimpiya Oyunları: 130 uşaq medal üçün yarışacaq!
19 dek, 16:58
12

Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək. Tədbir Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Azercell Telekom” MMC-nin dəstəyi ilə baş tutacaq.
Rock.News xəbər verir ki, dekabrın 20-də keçiriləcək oyunlarda sağlamlıq imkanları məhdud 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia daxil olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda yarışacaq. Oyunların əsas məqsədi inklüziv cəmiyyətin inkişafına töhfə vermək, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını təşviq etməkdir. Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının əsas tərəfdaşlarından biridir.
#Paralimpiya#Sumqayıt#Uşaq İdmanı



