Kəlbəcərdə 32 İldən Sonra İlk Yeni İl Tədbiri Keçirildi
Bu gün, 10:54
3

Kəlbəcər rayonunda 32 ildən sonra ilk dəfə Yeni il tədbiri keçirilib.
Rock.News xəbər verir ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbir Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində küknar ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Tədbirdə iştirak edə bilməyən uşaqlara bayram hədiyyələri çatdırılıb.
#Kəlbəcər#Yeni il#Tədbir



