USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Gəncə susuz qalmayacaq: Şəhərdə yeni su anbarları tikilir!

22 dek, 17:02
3
Gəncə susuz qalmayacaq: Şəhərdə yeni su anbarları tikilir!

Gəncə şəhərində içməli su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr davam etdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilən bu layihələr şəhər əhalisinin su təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı hədəfləyir.

Rock.News xəbər verir ki, layihələr beynəlxalq maliyyə institutlarının dəstəyi və dövlət büdcəsi vəsaitləri hesabına reallaşdırılır. Gəncə şəhərinin su təchizatı Şəmkirçay su anbarı, Göygöl yaxınlığındakı bulaqlar və Qızılqaya su mənbələri vasitəsilə təmin olunur. Şəhərin su təchizatı sisteminin modernizasiyası çərçivəsində 58,2 kilometr magistral və 309 kilometr içməli su xətti çəkilib, 21384 su sayğacı quraşdırılıb və 5 yeni su anbarı inşa edilib.

#Gəncə#su təchizatı#kanalizasiya#ADSEA#layihə

Bu mövzuda