Restoranlarda Menyu Problemi: Azərbaycan Dilinə Sayğısızlıq Qabarır
Bu gün, 13:17
78

Azərbaycan dilinin saflığının qorunması məsələsi yenidən gündəmdə. Restoranların menyularında dövlət dilinə əməl olunmaması ciddi narahatlıq doğurur.
Rock.News xəbər verir ki, bir sıra restoranlarda menyuların ümumiyyətlə Azərbaycan dilində tərtib olunmadığı aşkar edilib. Xüsusilə Bakının mərkəzində yerləşən və premium xidmət göstərən restoranlarda menyular əsasən ingilis və rus dillərində təqdim olunur. Bu hal, dilin normalarına və qanunlarına qarşı hörmətsizlik kimi qiymətləndirilir.
#dil#mədəniyyət#restoran



