USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Xocalı sakini: "Uşaqlarımla doğma kəndə qayıdıram, çox xoşbəxtəm!"

22 dek, 13:50
1

Xocalı rayonunun Badara kəndinə köçən Nəfəs Nəfəsli, 2 yaşındaykən kəndlərindən köçkün düşdüyünü və indi iki övladı ilə geri qayıtdığını bildirib. O, illər ərzində çox ağır günlər yaşadıqlarını və dəfələrlə məcburi köçkün həyatı keçirdiklərini vurğulayıb.

Rock.News xəbər verir ki, Nəfəs Nəfəsli doğma kəndlərinə qayıtdıqları üçün Allaha şükür etdiyini və bu xoşbəxtliyi övladlarının da yaşayacağına sevindiyini qeyd edib. Şəhidləri yad edərək onlara Allahdan rəhmət, qazilərə isə can sağlığı arzulayıb. Həmçinin, Prezident İlham Əliyevə ailəsi adından dərin təşəkkürünü bildirib.

#Qarabağ#Köçkün#Xocalı#Kənd

Bu mövzuda