Bakıda uşaqlar çanta rənglədi, valideynlər təlimdə özünəinamı öyrəndi
22 dek, 18:53
10

Dekabrın 20-də Bakı Psixologiya Mərkəzində uşaqlar üçün “Rənglə, sevinc yarat” adlı maraqlı master-klas keçirilib. Eyni zamanda, valideynlər üçün “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” mövzusunda təlim təşkil olunub.
Rock.News xəbər verir ki, uşaqlar master-klasda eko çanta üzərində Yeni il ab-havası yaradaraq, həm emosional ifadə, həm də diqqət bacarıqlarını nümayiş etdiriblər. Valideynlər isə təlimdə uşaqların özünəinamının formalaşması, sosial bacarıqların inkişafı və ünsiyyət problemləri kimi mövzularla tanış olublar. Tədbirin təlimçiləri rəssam Həlimə Ələsgərova, psixoloq Aygül Abbasova və uzman psixoloq Arzu Hüseynzadə olub.
#Uşaqlar#Təlim#Psixologiya#Valideynlər



