IT SkillSprint: Rəqəmsal Bacarıqlara Yiyələnmək Şansı, Son 3 Gün!

Azərbaycan universitetlərində tələbələr üçün rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli “IT SkillSprint” təhsil proqramına qeydiyyat başa çatmaq üzrədir. Tələbələr bu unikal fürsətdən yararlanmaq üçün son 3 gün ərzində qeydiyyatdan keçməlidirlər. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi başda olmaqla bir sıra dövlət qurumları və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Rock.News xəbər verir ki, “IT SkillSprint” tələbələrin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmaqla yanaşı, onları beynəlxalq əmək bazarına hazırlamağı və universitet-sənaye əlaqələrini gücləndirməyi hədəfləyir. Proqram “DevOps və Cloud Computing”, “Data və AI”, “Cybersecurity”, “Web Development” kimi istiqamətləri əhatə edəcək. Tədris hibrid formada aparılacaq və uğurla başa vuran tələbələr beynəlxalq səviyyədə tanınan “Ironhack” sertifikatına sahib olacaqlar. Qeydiyyat üçün son tarix 20 dekabr 2025-ci il.



