Nazir Əmrullayev yeni direktoru təyin etdi: Təhsil Fonduna rəhbər dəyişdi!
18 dek, 12:03
10

Elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Fonduna yeni direktor təyin edib. Nazirin əmri ilə Nicat Məmmədli bu vəzifəyə təyin olunub.
Rock.News xəbər verir ki, Nicat Məmmədli bundan əvvəl Elm və Təhsil Nazirliyində nazir müşaviri vəzifəsində çalışırdı. Onun təhsili və iş təcrübəsi kifayət qədər genişdir. Belə ki, o, Bakı Dövlət Universitetini bitirib, daha sonra ABŞ-də Qərbi İllinoys Universitetində təhsil alıb. Müxtəlif illərdə BDU-da müəllim, Gənclər Təşkilatları Milli Şurasında baş katib, Ombudsman aparatında şöbə rəhbəri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifələrində çalışıb.



