Nazir Əmrullayev Türkiyəli Rektorlarla Görüsdü: Yeni Təşəbbüslər Gözlənilir

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubiley tədbiri çərçivəsində Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.
Rock.News xəbər verir ki, görüşdə İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar, Qazi Universitetinin rektoru Uğur Ünal, Yıldız Teknik Universitetinin prorektoru Hüseyn Yılmaz və digər nümayəndələr iştirak ediblər. Tərəflər tələbə və müəllim mübadiləsi, eləcə də ali təhsil sahəsində inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Əmrullayev bu istiqamətdə yeni təşəbbüslərin hər iki ölkənin ali təhsil sisteminə töhfə verəcəyini vurğulayıb. Türkiyəli rektorlar da əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını bildiriblər.



