USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Nazirliyə 23 mindən çox müraciət: Ən çox hansı suallar verildi?

19 dek, 10:00
10
Nazirliyə 23 mindən çox müraciət: Ən çox hansı suallar verildi?

Elm və Təhsil Nazirliyi dekabrın 1-dən 15-dək olan dövrdə nazirlik və tabeli qurumlara daxil olan vətəndaş müraciətlərinin sayını açıqlayıb. Ümumilikdə 23 442 vətəndaş müraciəti qeydə alınıb. Müraciətlər əsasən olimpiada və müsabiqələr, eksternat imtahanları və qrant layihələri kimi məsələləri əhatə edib.

Rock.News xəbər verir ki, müraciətlərin böyük əksəriyyəti, 14 283-ü çağrı mərkəzləri vasitəsilə daxil olub. Elektron formada 5 303, yazılı formada isə 1070 müraciət qeydə alınıb. Bundan əlavə, vətəndaş qəbulu zamanı 2 786 müraciət də nəzərə alınıb. Nazirlik müraciətlərin operativ şəkildə cavablandırılması üçün bütün kanallar üzrə fəaliyyətini davam etdirir.

#Nazirlik#Müraciət#Təhsil#Elm

Bu mövzuda