Prezident fərmanı: AzMİU əməkdaşları orden və medallarla təltif edildi
18 dek, 14:04
15

Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir sıra əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, universitetin əməkdaşları Azərbaycanda təhsilin inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallara layiq görülüblər.
Rock.News xəbər verir ki, təltif olunanlar arasında “Şərəf” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilənlər var. Eyni zamanda, uzunmüddətli səmərəli fəaliyyətinə görə bir nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.



