Bakıda yeni riyaziyyat kitabı təqdim edildi: Şagirdlər üçün unikal vəsait

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni “Riyaziyyat” kitabının təqdimat mərasimi keçirilib. Tədbir paytaxtın tanınmış mədəniyyət məkanlarından olan Bakı Kitab Mərkəzində baş tutub. Yeni kitabın məqsədi şagirdlərin riyazi düşüncə qabiliyyətini inkişaf etdirmək və beynəlxalq imtahanlara hazırlamaqdır.
Rock.News xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professorları və təhsil sahəsinin digər nümayəndələri iştirak ediblər. Kitabın 8 hissədən ibarət olduğu və 6-cı sinifdən 11-ci sinfə qədər olan riyaziyyat proqramını əhatə etdiyi bildirilib. Vəsaitin şagirdlərə CELT imtahanları da daxil olmaqla, AP, IB, A-level, SAT, GMAT, GRE, IGCSE kimi beynəlxalq imtahanlarda uğur qazanmaq üçün zəruri bilik bazası təmin edəcəyi vurğulanıb.



