USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

Ukrayna Dronları Rusiyanın Ən Böyük Neft Terminalını Yandırdı!

22 dek, 18:32
6
Ukrayna Dronları Rusiyanın Ən Böyük Neft Terminalını Yandırdı!

Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar vilayətində yerləşən Qara dəniz hövzəsinin ən iri neft-qaz terminalına zərbə endirib. Hücum nəticəsində terminalda genişmiqyaslı yanğın başlayıb və ciddi zədələr baş verib.

Rock.News xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahı bu barədə “Telegram” kanalında məlumat yayıb. Məlumata görə, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin dronları “Tamannefteqaz” dəniz neft terminalına zərbə endirib. Zərbə nəticəsində neft doldurma terminalının avadanlıq elementləri, mayeləşdirilmiş qaz üçün yanalma qurğusu və liman infrastrukturu zədələnib. Baş qərargah boru kəməri, iki yanalma qurğusunun və bir gəminin yandığını təsdiqləyib. “Tamannefteqaz” şirkətinin operatoru olduğu “Taman” yük kompleksləri Qara dəniz bölgəsində ən iri komplekslərdən biridir. Neft məhsulları və mayeləşdirilmiş qaz üçün ümumi rezervuar parkının həcmi 1 milyondan kub metrdən çoxdur.

#Ukrayna#Rusiya#Neft#Yanğın#Terminal

Bu mövzuda