Zaxarova: Ukrayna Putinin iqamətgahına hücuma görə diplomatik cavab gözləməsin
Bu gün, 13:07
10

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın prezident Vladimir Putinin dövlət iqamətgahına hücumuna cavabının diplomatik olmayacağını bildirib.
Rock.News xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova APA-nın Moskva bürosuna açıqlamasında deyib. O, Kiyevin diplomatik cavaba ümid etməməli olduğunu vurğulayıb. Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna qüvvələrinin dekabrın 29-da Putinin Novqorod vilayətindəki iqamətgahına PUA zərbələri endirməyə cəhd etdiyini bildirmişdi.
#Rusiya#Ukrayna#Müharibə#Diplomatiya



