USD1.70
EUR2.00
RUB2.1715
BTC87789.00
USDT1.00
TON1.61
Canlı

“Meydan TV” işi: Məhkəmə prosesi başladı, vəsatətlər verildi.

22 dek, 18:13
12
“Meydan TV” işi: Məhkəmə prosesi başladı, vəsatətlər verildi.

“Meydan TV” işi ilə əlaqədar məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsində start götürüb. Prosesdə təqsirləndirilən şəxslər vəkilləri ilə birlikdə iştirak ediblər. Məhkəmədə vəsatətlər səsləndirilib.

Rock.News xəbər verir ki, prosesdə vəkil Zibeydə Sadıqova prosesin ictimai maraq kəsb etdiyini əsas gətirərək, çəkiliş aparılması üçün icazə istəyib, lakin vəsatət təmin edilməyib. Həmçinin, Aynur Elgünəşin əlilliklə bağlı pensiya kartının və məcburi köçkünlüklə bağlı kartının istintaq tərəfindən qaytarılmadığı bildirilib. Bu məsələ ilə bağlı istintaq orqanına sorğu göndərilməsi üçün vəsatət qaldırılıb və məhkəmə bu vəsatəti təmin edib. Növbəti məhkəmə iclası yanvarın 16-na təyin edilib. Xatırladaq ki, ötən ilin dekabr ayında “Meydan TV” işi üzrə bir sıra jurnalistlər saxlanılıb və onlara qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

#məhkəmə#jurnalist#meydan tv#siyasət

Bu mövzuda

“Meydan TV” işi: Məhkəmə prosesi başladı, vəsatətlər verildi. — Rock.News