Hakimlər üçün mülki və inzibati hüquq üzrə təlimlər keçirildi
Bu gün, 10:34
1

Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə hakimlər üçün mülki hüquq və mülki proses, həmçinin inzibati hüquq və prosesi üzrə təlimlər keçirilib.
Rock.News xəbər verir ki, təlimlər Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev, həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitskiy, Almaniyanın Berlin şəhərinin inzibati məhkəməsinin hakimi Jorg Pudelka tərəfindən keçirilib. Təlimlərdə müxtəlif instansiyalar üzrə 32 hakim iştirak edib.
#hakim#təlim#hüquq



