USD1.70
EUR2.00
RUB2.1715
BTC87756.00
USDT1.00
TON1.61
Canlı

Altay Göyüşovun Məhkəməsi Başlayır: Dövlətə Çağırış İddiası!

22 dek, 15:51
6
Altay Göyüşovun Məhkəməsi Başlayır: Dövlətə Çağırış İddiası!

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Altay Göyüşovun məhkəməsi başlayır. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun icraatına verilib və hazırlıq iclası 29 dekabrda keçiriləcək.

Rock.News xəbər verir ki, Altay Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilir. O, istintaqdan yayınaraq ölkə xaricində gizləndiyi üçün axtarışa verilmişdi. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. İttihama görə, Göyüşov 2020-ci ildə YouTube-da və 2024-2025-ci illərdə Facebook-da qanuni hakimiyyətə qarşı zorakı çıxışa təşviq edən çağırışlar edib.

#məhkəmə#siyasət#cinayət

Bu mövzuda